Kriminal

Cəlilabadda bıçaqlanma hadisəsi anbaan kameraya düşdü – VİDEO

Sharing is caring!


Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib.

Yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirzəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

“Xəzərxəbər” hadisənin görüntülərini yayıb.

Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.

İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov vaxtilə rayon sakinlərindən birini döyərək onun sağlamlığına ciddi zərbələr vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra naməlum şəxs onu öldürmək qərarına gəlib və izləyərək hücum edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir