Siyasət

Ermənistan rəsmisi Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla sərhədin delimitasiyasını müzakirə edib

Sharing is caring!


Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə regional prosesləri müzakirə edib.

Bu barədə Ermənistan mediası ölkə hökumətinin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, həmsöhbətlər Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin prinsipləri və hüquqi əsasları ilə bağlı məsələləri də müzakirə ediblər.

Həmçinin, tərəflər arasında Ermənistanın “Sülh kəsişməsi” layihəsi ətrafında da fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir