İqtisadiyyat

Xidmət rəisi: “Ticarət fəaliyyəti ilə bağlı yeni qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib”

Sharing is caring!


“2023-cü ildə Azərbaycanda “Antiinhisar, haqsız rəqabət və istehlakçı hüquqlarının müdafiəsi sahələrində innovativ idarəetmənin təmin edilməsi haqqında” prezident fərmanının layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim edilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ötən ilin yekunları ilə bağlı mətbuat konfransı zamanı qurumun rəisi Məmməd Abbasbəyli deyib.

O qeyd edib ki, Nazirlər Kabineti layihəni aidiyyəti dövlət orqanları ilə razılaşdırmaq məqsədi ilə onlara göndərib.

“Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da ilkin layihəsi hazırlanıb, razılaşdırılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Dövlət orqanlarının təqdim etdiyi rəylər və təkliflər əsasında layihə yenidən işlənilib və Nazirlər Kabinetinə təqdim edilib”.

Xidmət rəisi sonda bildirib ki, “Ticarət fəaliyyəti haqqında” qanunun ilkin layihəsinə dair aidiyyəti qurumlar rəylər təqdim edib. O, rəylər əsasında qanun layihəsinin təkmilləşdirildiyini, Nazirlər Kabinetinə təqdim ediləcəyini deyib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir