İqtisadiyyat

Ekspert: “Kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir” – FOTO

Sharing is caring!


“Kənd təsərrüfatında dividend gəlirləri artıq 2028-ci ilədək vergidən azad olunub. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu il yanvarın 1-dən etibarən 4 il müddətinə vergidən azad edilib. Bu güzəşt kənd təsərrüfatının inkişafı baxımından vacib addımdır”.

Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O bildirib ki, yeni dəyişikliklərlə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb:

“Bu o deməkdir ki, məsələn, bu sahədə çalışan fiziki şəxs 2024-cü ilin nəticələrinə əsasən, yaranan mənfəət üzrə 30 000 manat dividend elan edirsə, bu zaman hüquqi şəxsin təsisçisi olan fiziki şəxsə dividendi əldə edərkən ödəmə mənbəyində vergi hesablanmayacaq. Çünki yeni dəyişikliklərlə bu gəlirlər üzrə azadolma müddəti uzadılıb. Dəyər zəncirinə uyğun olaraq kənd təsərrüfatında vergi güzəştlərinin dairəsinin genişləndirilməsi vacib məsələlərdəndir. Növbəti illərdə bu sektorda vergi güzəştləri mexanizminin daha da təkmilləşdirilməsi və genişləndirilməsi gözlənilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir