İqtisadiyyat

“Azərbaycan-Türkiyə İnvestisiya Forumu” daimi xarakter daşıyacaq

Sharing is caring!


Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat Azərbaycan-Türkiyə İnvestisiya Forumunda strateji qərarların qəbul edildiyini və forumun daimi xarakter daşıyacağını bildirib.

“Bu yolla tarixi bir dövrü yaşayan türk birliyinə töhfə vermiş olacağıq. İş dünyasının üzərinə çox mühüm vəzifələrin düşdüyünün fərqindəyik. Biz də üzərimizə düşən vəzifənin əhəmiyyətini dərk edərək, onu yerinə yetirəcəyik”, – deyə H.Büyükfırat bildirib.

Qeyd edək ki, dünən Bakıda Türkiyə və Azərbaycandan bir çox dövlət rəsmiləri, bürokratlar və iş adamlarının iştirakı ilə Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçirilib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və TÜİB ilə birgə təşkil olunan forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, səhiyyə naziri Teymur Musayev və müdafiə sənayesi naziri Vüqar Mustafayev çıxış ediblər.

Forumun panellərində Türkiyənin ticarət naziri Ömer Bolat, Maliyyə İdarəsinin prezidenti Göksel Aşan, baş dövlət auditoru Şeref Malkoç və bir çox iş adamları iştirak ediblər.

AZPROMO ilə TÜİB arasında 2024-cü il üçün Fəaliyyət Planının imzalandığı forumda iş adamları ikitərəfli görüşlər keçirib, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir