İqtisadiyyat

Sahib Məmmədov: “Azərbaycan və İsrail arasındakı bu əməkdaşlıq təqdirəlayiqdir”

Sharing is caring!

“İşğaldan azad olunmuş ərazilərdə innovativ texnologiyaların tətbiqi əsas məqamdır”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasındakı bu əməkdaşlıq təqdirəlayiqdir:

“Bu istiqamətdə qarşımıza qoyduğumuz hədəflər var. Əlimizdən gələni etməyə çalışacağıq. Azərbaycanla İsrail arasında mövcud olan ticarət dövriyyəsini artırmaq üçün potensial genişdir. Qarşımıza qoyulan səmərəli hədəflərə nail ola bilərik”.

O sonda qeyd edib ki, İsrail 44 gündə bizə siyasi dəstək göstərən dövlətlərdən biri idi:

“Buna görə, minnətdarıq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir