İqtisadiyyat

Gömrük anbarından yüklərin təhvilalınma qaydası açıqlandı

Sharing is caring!


“Nəqliyyat vasitəsinin anbara hansı zaman aralığında daxil olacağı barədə məlumatlar sahibkarlara öncədən mobil tətbiq vasitəsilə bildirilir”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinə təşkil olunmuş mediatur zamanı məlumat verilib.

Məlumata görə, hazırda yeni proqram təminatına əsasən, müxtəlif sahibkarlara məxsus yüklərin rəsmiləşmə prosesi eyni anda tamamlanır:

“Həmin nəqliyyat vasitəsi üçün sistem tərəfindən elektron növbəlilik prinsipi əsasında gömrük anbarı təyin olunur. Qeyd edilən vaxtda gömrük anbarına yaxınlaşan vətəndaşlar onlara ayrılmış iki saat müddətində yüklərini təhvil alırlar, nəqliyyat vasitəsi həmin gün gömrük nəzarət zonasını tərk edir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir