Cəmiyyət

Vəkillər Kollegiyası dövlət hesabına hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb – VİDEO

Sharing is caring!


Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) dövlət hesabına hüquqi yardımla bağlı maarifləndirici sosial çarx hazırlayıb. 

Kollegiyadan daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2023-cü il tarixli Fərmanı ilə qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş dəyişikliyə əsasən, həmin məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir. 

“Lakin həmin kateqoriyadan olan şəxslərin əksəriyyəti qanunvericilikdə qeyd edilən dəyişikliklərdən məlumatsız olduğundan birinci və apellyasiya instansiya məhkəmələrində dövlət hesabına hüquqi yardımdan lazımi qaydada yararlanmırlar. Buna görə də aztəminatlı şəxslərə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq həmin təbəqədən olan şəxslərin hüquqi yardıma çatımlılığını və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində və regionlarda bir çox maarifləndirmə tədbirləri həyata keçirilir. Eyni zamanda aztəminatlı şəxslərin dövlət hesabına hüquqi yardımla təmin edilməsi bir növ sosialyönümlü olduğundan Vəkillər Kollegiyası tərəfindən bununla bağlı maarifləndirici video çarx hazırlanıb”, – deyə məlumatda qeyd edilib.

Həmin maarifləndirici sosial çarxı təqdim edirik: 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir