İqtisadiyyat

Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Prezidentə təqdim olunacaq

Sharing is caring!


Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi Azərbaycan Prezidentinə təqdim olunacaq.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib. Azərbaycanın Baş naziri, ARDNF-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsi, fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2024-cü il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir