İqtisadiyyat

Azərbaycan və Qazaxıstan liderləri “Euronews” telekanalına müsahibə veriblər – VİDEO

Sharing is caring!


Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda noyabrın sonlarında keçirilən SPECA sammiti çərçivəsinə “Euronews” telekanalına müsahibə veriblər.

Video formatında müsahibə bu gün yayımlanıb.

“Euronews”un müxbiri Qalina Polonskaya Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıb, onlara regional iqtisadi strategiyalar və qonşularla münasibətlərlə bağlı suallar verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatındakı artımı aparılan islahatlar, yoxsulluğun azaldılması və xarici borcun səriştəli idarə olunması ilə əlaqələndirib.

Qazaxıstan lideri bildirib ki, ölkəsi beş faiz iqtisadi artıma nail olmağa çalışır. K.Tokayev diqqəti beynəlxalq əməkdaşlığa, investisiyalara və 2029-cu ilə qədər iqtisadi potensialı ikiqat artırmaq istəyinə yönəldib.

Müsahibədə enerji məsələlərinə xüsusi diqqət yetirilib. Azərbaycan lideri Avropaya qaz ixracı, daha geniş desək, respublikanın qitənin enerji təhlükəsizliyinə verdiyi töhfələr və yaşıl enerji sektoruna sərmayələr barədə ətraflı danışıb. Qazaxıstan prezidenti həmçinin ölkənin enerji sektorunun əhəmiyyətini və potensialını qeyd edərək, onun 2060-cı ilə qədər tullantıları sıfıra endirməyi hədəflədiyini bildirib.

Prezident Tokayev Rusiyanın Qazaxıstanın strateji tərəfdaşı olduğunu xatırladıb və bu qonşuluğun regionda əhəmiyyətini dərk etdiyini bildirib. O əlavə edib ki, beynəlxalq arenada müəyyən təlatümlərə baxmayaraq, Qazaxıstan və Rusiya əməkdaşlığı davam etdirəcək.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanla sülh sazişinin əsasını təşkil etməli olan beş əsas prinsipi qeyd edib. Bu prinsiplərə ərazi bütövlüyünün qarşılıqlı tanınması, həmçinin gücdən istifadə etməmək, bir-birinə qarşı ərazi iddialarının olmaması da daxildir.

Mənbə: euronews.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir