İqtisadiyyat

Birinci İraq-Azərbaycan biznes forumu keçirilib – FOTO

Sharing is caring!


İraq-Azərbaycan biznes forumunda ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələri, biznes dairələri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib, Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib.  

Bu barədə KOBİA məlumat yayıb.

Dekabrın 6-da Bağdad şəhərində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində 1-ci İraq-Azərbaycan biznes forumu keçirilib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İraq Ticarət Palataları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. Biznes forumda Azərbaycan tərəfindən qida, mebel, logistika, tikinti, turizm, sənaye və s. sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunub. 

Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İraqın Baş nazirinin müşaviri Əli Nasir Əl-Əsədi, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Ticarət Palataları Federasiyasının vitse-prezidenti Zaman Sahib ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələri, biznes dairələri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı investisiya qoyuluşu imkanları barədə məlumat verib, fikir mübadiləsi aparılıb. Biznes forumda Azərbaycan-İraq Biznes Şurasının yaradılması barədə razılıq əldə edilib.  

Biznes forum çərçivəsində, həmçinin Azərbaycan və İraqın müvafiq qurumları tərəfindən təqdimatlar, iş adamları arasında “B2B” görüşlər keçirilib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir