Cəmiyyət

Binəqədidə qaz xəttinin üstündə tikinti aparılır – FOTO

Sharing is caring!


Binəqədi rayonunda qaz xəttinin üstündə tikinti aparılır. 

Oxu.Az-ın məlumatına görə, rayonun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 81 ünvanında binaya əlavə tikili artırılır və bu da qaz xəttinin üzərinə düşür.

Bir müddət əvvəl ətrafda yaşayan sakinlərin şikayəti əsasında tikilinin inşası saxlanılsa da, sonradan davam etdirilib. 

Qeyd edək ki, həmin binada bundan əvvəl artırma edilib. Nəticədə qaz xətti tikilinin içində qalıb. 

Məsələ barədə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 81 ünvanında yerləşən yaşayış binası 2 saylı xüsusi təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 113 saylı Mənzil-Kommunal İstismar Sahəsinin balansındadır.

Məsələ barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə də sorğu ünvanlanıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir