Dünya

Peskovdan Ermənistanın ittihamlarına cavab: “Azərbaycan hazırkı tədbiri öz ərazisində həyata keçirdi”

Sharing is caring!


“Qarabağdakı vəziyyət üzrə təhlükəsizliklə bağlı Rusiyanın öhdəliklərini yerinə yetirməməsinə dair Ermənistanın bizə qarşı iddiaları əsassızdır. İrəvan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınmasından sonra Rusiya buna müdaxilə edə bilməz”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci il vəziyyətinə görə Azərbaycanın sərhədlərini tanıdıqlarını bəyan etdi. Bu o deməkdir ki, Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Ona görə də biz Ermənistanın təhlükəsizliklə bağlı öhdəliklərin yerinə yetirilməməsinə dair ittihamlarını qəbul etmirik”, – deyə Dmitri Peskov vurğulayıb.

Dmitri Peskov qeyd edib ki, de-yure olaraq Azərbaycan hazırkı tədbiri öz ərazisində həyata keçirib.

Mənbə: Ura.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir