İqtisadiyyat

Qırğızıstan şirkətləri Azərbaycanın sənaye zonalarına pul qoymaq istəyirlər – FOTO

Sharing is caring!


Qırğızıstanın tekstil, tikinti, aqrar, logistika və s. sahələrdə fəaliyyət göstərən şirkətləri Azərbaycanın sənaye zonalarına investisiya yatırmaq istəyirlər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Məlumata görə, şirkətlərin nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib. Agentliyin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov onlara sənaye zonalarındakı əlverişli investisiya imkanları, tətbiq edilən vergi-gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı edilib.

Qırğızıstanlı qonaqlar isə təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə danışıblar. Daha sonra onlar Parkda görülmüş işlərlə, ərazinin rezidenti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Elektrik avadanlıqları və Ağır maşınqayırma zavodlarındakı istehsal prosesləri ilə tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir