İqtisadiyyat

Qazaxıstan rəsmisi: “SPECA proqramını davamlı dəstəkləyirik”

Sharing is caring!


“Qazaxıstan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA) davamlı və güclü dəstəkləyir”.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov Bakıda SPECA Həftəsi çərçivəsində keçirilən “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda iqtisadi forumda bildirib.

“Bu tədbir bizə SPECA çərçivəsində əməkdaşlığımızı gücləndirməyə, ticari-iqtisadi əlaqələrimizi inkişaf etdirməyə əlavə təkan verəcək. Qazaxıstan SPECA -ya öz töhfəsini verir. Biz bu proqramı unikal platforma kimi görürük. Onun sayəsində milli təşəbbüslər bir araya gəlir, regional səylər birləşdirilir. Qlobal ailə kimi maneələri aradan qaldıra bilərik. Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq bizim iqtisadiyyatımızın əsasını təşkil edir. Bu gün biz dayanıqlı inkişafa böyük sərmayələr yatırırıq, büdcəmizin 80%-ni buna yönəldirik. Biz həmçinin pulsuz təhsil və səhiyyəyə çıxışı təmin edirik. Biz dayanıqlı inkişafa nail olmuşuq”, – deyə o qeyd edib.

“Biz təklif etmişik ki, vahid BMT prinsipi gücləndirilsin və uğurlu əməkdaşlıqlar qurulsun. Çünki Mərkəzi Asiya ölkələrinin ümumi tarixi – geosiyasi tarixçəsi var və onlar DİM-ə nail olmaq üçün oxşar baxışlarla üzləşir”, – deyə Qazaxıstan rəsmisi əlavə edib.

SPECA 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu il SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir