Siyasət

Azərbaycan dəniz suyunun duzsuzlaşdırılması sahəsində İsraillə əməkdaşlıq edəcək – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC ilə İsrailin milli su operatoru “Mekorot Water Company” şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.

Bu barədə agentlikdən bildirilib.

Məlumata görə, “Azərsu” ASC-də “Mekorot Water Company” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə agentliyin sədri Zaur Mikayılov ölkəmizdə içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb: “Prezidentin 12 aprel 2023-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb. Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.

İsrail şirkətinin Direktorlar Şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90%-ni təmsil etdiyi şirkətin təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60%-nin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirib.

Görüşdə içməli su təchizatı sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir