İqtisadiyyat

Seçili Yıldız: “Azərbaycanın bərpa olunan enerji potensialı 27 min meqavatdır”

Sharing is caring!


“Ötən il Azərbaycanda bərpaolunan enerji resurslarının istifadə gücü 17 faiz olub. 2030-cu ilədək Azərbaycan hökuməti bərpaolunan enerji tutumunu 30 faizədək artırmağı hədəfləyib”.

“APA-Economics” xəbər verir ki, bunu “Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumu”nda çıxışı zamanı Türkiyə İnvestisiya və İnkişaf Bankının vitse-prezidenti Seçili Yıldız deyib.

O bildirib ki, ölkənin iqtisadi cəhətdən məqsədəuyğun və texniki cəhətdən istifadə oluna bilən bərpaolunan enerji ehtiyatları potensialı 27 min meqavatdır ki, bunun da üç min meqavatı külək, 23 min meqavatı günəş, 380 meqavatı bioenerji, 520 meqavatı isə hidrogen enerjisinin payına düşür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir