İqtisadiyyat

Laçında 150 ev təbii qazla təmin edilib – FOTO

Sharing is caring!


Laçında yenidənqurma və təmir-bərpa işləri çərçivəsində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən şəhər təbii qazla təchiz edilir.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Artıq ilkin mərhələdə 600 evdən 150-si qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib. Bu münasibətlə şəhərin mərkəzində tədbir təşkil olunub.

Tədbirdə Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, həmçinin şəhər sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər tarixi gün münasibətilə laçınlıları təbrik edib, işğaldan azad olan ərazilərin qazlaşdırılması işlərinin uğurla davam etdirildiyini bildiriblər.

Daha sonra təbii qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.

Qazlaşdırılan Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndində də işlər sürətlə davam etdirilir. Burada ilkin olaraq 200 ev mərhələli şəkildə qazla təmin ediləcək. Laçın şəhərində olduğu kimi Zabux kəndində də sakinlərlə görüş keçirilib və təbii qazın verilişi ilə əlaqədar olaraq məşəl alovlandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir