İqtisadiyyat

Şanxayda KOBİA və SCODA arasında Anlaşma Memorandumu imzalanıb

Sharing is caring!


Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Şanxay şəhərində keçirilən 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Çin-Şanxay Əməkdaşlıq Təşkilatı Yerli İqtisadi və Ticarət Əməkdaşlıq Nümayiş Ərazisi (SCODA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə KOBİA məlumat yayıb.

Məlumata görə, sənədi qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və SCODA İnzibati Komitəsinin direktor müavini Hao Quosin imzalayıblar.

Memorandum iki ölkənin KOB-ları arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi üzrə birgə tədbirləri, o cümlədən KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə, keçirilən sərgi və digər tədbirlər, iqtisadi və ticarət fəaliyyətləri, əməkdaşlıq imkanları barədə informasiya mübadiləsi, qarşılıqlı olaraq yerli tərəfdaşların tövsiyə edilməsi kimi tədbirləri nəzərdə tutur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir