İqtisadiyyat

Dövlət Reklam Agentliyi rüsum və haqların yığımında yüksək nəticə əldə edib – FOTO

Sharing is caring!


Rüsum və yayım haqlarının yığımında cari ilin sentyabr ayında əldə edilmiş yüksək nəticə oktyabr ayında yeniləndi. Bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov mətbuata açıqlamasında bildirib.

“Agentliyimizin əməkdaşları tərəfindən paytaxt və regionlarda mütəmadi olaraq sahibkarlarla görüşlər keçirilir, onların sualları cavablandırılır, davamlı surətdə maarifləndirmə tədbirləri həyata keçirilir”, – deyən sədr ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il demontaj olunan reklamların sayının 20% azaldığını qeyd edib.

“Bu tendensiyanı davam etdirməyə çalışırıq”, – deyən İdarə Heyətinin sədri bununla yanaşı, qanunvericiliyin tələblərinə cavab verməyən reklamların müəyyən olunması prosesinin də mütəmadi həyata keçirildiyini açıqlayıb.

2023-cü ilin noyabr ayınadək açıq məkanda reklam yerləşdirmək üçün ümumilikdə 180 minə yaxın reklamın yayımına icazə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir