İqtisadiyyat

Taleh Kazımov: “Bank sektorunda təmərküzləşməyə qarşı mübarizə aparırıq”

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda təmərküzləşməyə qarşı mübarizə aparır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı AMB-nin sədri Taleh Kazımov bildirib.

Baş bankir qeyd edib ki, banklararası bazar yaradılmasına nail olunub, lakin likvidlik baxımından bank sektorunda təmərküzləşmə mövcuddur.

“Bu istiqamətdə ayrıca təşəbbüsümüz var. Biz təmərküzləşməyə qarşı mübarizə aparırıq və bizim üçün bu, prioritet sahədir”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir