Cəmiyyət

Bakıdan Ağstafaya və geriyə bayram günlərində əlavə qatar reysi təyin edilib

Sharing is caring!


“Azərbaycan Dəmir Yolları” QSC qarşıdan gələn bayram günlərində Bakıdan Ağstafaya axşam saatlarında, Ağstafadan Bakıya isə səhər saatlarında əlavə qatar reysləri təyin edib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, noyabrın 7-dən 11-dək Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya saat 6:40-da çatacaq. Noyabrın 8-dən 12-dək Ağstafadan saat 9:00-da yola düşən qatar Bakıya saat 15:50-də çatacaq. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar həmişəki dayanacaqlardan başqa, Ucar stansiyasında da dayanacaq.

Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 8:45-də Bakıdan yola düşən qatar saat 13:46-da Ağstafaya, əks istiqamətdə saat 17:30-da Bakıya yola düşən qatar isə saat 22:35-də mənzilbaşına çatır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir