İqtisadiyyat

“Muğanbank”dakı sığortasız əmanətlərin 61 milyon manatı bir fiziki şəxsə aid olub

Sharing is caring!


“Muğanbank”ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransı zamanı AMB sədri Taleh Kazımov deyib.

Sədrin sözlərinə görə, ləğv prosesində olan “Muğanbank”da sığortasız əmanətin məbləği təxminən 102 milyon manatdır:

“102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir. 76 milyonun da 61 milyon manatı bir fiziki şəxsə aiddir. Qalan 25 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi iki şirkətindir”.

T.Kazımov sonda qeyd edib ki, “Muğanbank”ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir