İqtisadiyyat

Satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən 70-ə yaxın KOB subyekti faydalanıb

Sharing is caring!


KOB subyektləri satış imkanlarının genişləndirilməsinə dəstək üçün KOBİA-nın təmin etdiyi sərgilərə və ticarət şəbəkələrinə çıxışa dəstək alətlərindən yararlana bilərlər.

2023-cü ilin yanvar-sentyabr aylarında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi mexanizmlərindən 70-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb.

Sərgilərdə iştiraka dəstək mexanizmindən istifadə etmək üçün bu dövrdə Agentliyə KOB subyektlərindən 168 müraciət daxil olub. Onlardan müvafiq tələblərə cavab verən 60 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 6 sərgidə (5-i ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər: https://bit.ly/3KA0f1N

Cari ilin yanvar-sentyabr aylarında ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən faydalanmaq üçün Agentliyə daxil olan müraciətlər əsasında müvafiq qaydalara uyğun olan 8 KOB subyektinə dəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı 5-ə çatdırılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının iri ticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-ya müraciət edə bilərlər: https://bit.ly/3OOjF5F

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir