Dünya

Avropa İttifaqının ən bədbəxt ölkəsi məlum olub

Sharing is caring!


Bolqarıstan Avropa İttifaqının ən bədbəxt ölkəsi olub.

Bunu Avropa Statistika Agentliyinin (Eurostat) məlumatları sübut edir.

Tədqiqat zamanı məlum olub ki, 2022-ci ildə sorğuda iştirak edən bütün avropalılar arasında həyatdan ümumi məmnuniyyətini on ballıq şkala üzrə 6 baldan az – 5,7 kimi qiymətləndirən yalnız bolqarlar olub.

Mütəxəssislər müəyyən ediblər ki, almanlar da hazırkı yaşayış səviyyəsindən tam razı deyillər – orta hesabla 6,5 ​​bal.

Reytinqdə birinci yeri Avstriya tutub. Bu Avropa ölkəsinin sakinləri xoşbəxtlik səviyyələrini 7,9 bal səviyyəsində qiymətləndiriblər. İkinci yeri Rumıniya, Polşa və Finlandiya bölüşüb – 7,7 xal.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir