İqtisadiyyat

Keramika məmulatlarının 20%-lik hissəsi MDB-yə üzv olan dövlətlərə ixrac olunacaq

Sharing is caring!


Sumqayıt Kimya Sənaye Parkının rezidenti, 20 hektardan çox ərazidə inşa edilmiş “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin ümumi investisiya dəyəri 85 milyon manatdan çoxdur”. 

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında MMC-nin baş direktoru Ciyi Vanq deyib. 

Onun sözlərinə görə, istehsal ediləcək keramika məmulatlarının 20%-lik hissəsini Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərə ixracı təmin olunacaq:

“Bu ölkələr arasında Rusiya, Qazaxıstan, Özbəkistan və Gürcüstanı qeyd edə bilərəm”. 

O qeyd edib ki, müəssisədə 484 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 18 milyon kvadratmetr olan zavodda müxtəlif ölçülərdə keramik plitələr (kafel, metlax) istehsal edilir:

“İlkin mərhələdə zavod sahəmizdə 60X60 sm və 60X120 sm ölçülərdə, istər parlaq, istərsə də parlaq olmayan keramik plitə məhsullarının istehsalı planlaşdırılır. 

Sonrakı mərhələdə 70X150 sm, 80X160 sm və s. ölçülərdə məhsulların istehsalı nəzərdə tutulur. Bizə məxsus keramik plitə istehsalı zavodunun eyni növ fəaliyyəti həyata keçirən digər müəssisələrdən əsas fərqli və üstün cəhətimiz ondan ibarətdir ki, bizə məxsus keramik plitə istehsalı zavodunda eyni anda həm 60X60 sm ölçüdə, həm də 60X120 sm ölçüdə keramik plitə məhsulunun istehsalı mümkündür”. 

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir