İqtisadiyyat

Baba Rzayev: “Azərenerji” Qarabağ və Şərqi Zəngəzurda 12 yarımstansiya istismara verib” – FOTO

Sharing is caring!


“Bu günə kimi “Azərenerji” ASC Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikərək istismara verib”.

Bu barədə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, 700 kilometrdən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100% enerji çatdırılıb:

“Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub”.

B.Rzayev qeyd edib ki, bu il sentyabrın 20-də həyata keçirilən antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib:

“Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycan işığı yanır. Hazırda “Azərenerji” tərəfindən sözügedən ərazilərdəki elektrik stansiyaları və yarımstansiyalarda təmir-bərpa işləri həyata keçirilir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir