İqtisadiyyat

Azərbaycan WB və IMF-lə maliyyə sabitliyini müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı (WB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında makroiqtisadi inkişaf və maliyyə sabitliyi müzakirə edilib.

Bunu AMB-nin sədri Taleh Kazımov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Bu gün WB və IMF-də Azərbaycanın daxil olduğu Seçki Qrupunun toplantısında iştirak etdik. Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə makroiqtisadi inkişaf və maliyyə sabitliyi istiqamətində görülən işlər üzrə müzakirələr apardıq. Həmçinin qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq əlaqələri barədə danışdıq”, – deyə o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir