İqtisadiyyat

“Bakı Gəmiqayırma Zavodu” MMC Niderland şirkəti ilə əməkdaşlıq edəcək – FOTO

Sharing is caring!


Oktyabrın 11-də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC ilə Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkəti arasında dibdərinləşdirən “CSD 650” gəmisinin tikintisi üçün müqavilə imzalanıb.

İZİA-dan verilən məlumata görə, Azərbaycanda bu tip gəminin hazırlanması ilk dəfə həyata keçiriləcək.

Qeyd edək ki, cari ilin iyununda Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir