İqtisadiyyat

“Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planlaşdırılır”

Sharing is caring!


Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda əsas tərəfdaşıdır və ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmini 1 milyard ABŞ dollarına çatdırılması planlaşdırılır.

Bunu “Report”un Astanaya ezam olunmuş müxbirinə açıqlamasında Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

O qeyd edib ki, Qazaxıstan-Azərbaycan ticarət əməkdaşlığı çox dinamik inkişaf edir və ötən ilin sonunda ticarət dövriyyəsi artaraq 500 milyon ABŞ dolları təşkil edib.

“Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi böyük dinamika nümayiş etdirir və biz, əlbəttə ki, buna sevinirik”, – deyən nazir müavini kənd təsərrüfatının ikitərəfli əməkdaşlığın böyük hissəsini təşkil etdiyini vurğulayıb.

R.Vasilenkonun sözləriə görə, informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı perspektivli istiqamətdir, Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiyaların çəkilməsi üzrə fəal iş aparılır.

O əlavə edib ki, iki ölkə arasında əməkdaşlığın daha bir böyük hissəsini Qazaxıstanın enerji resurslarının tranziti və dünya bazarlarına ixracı təşkil edir.

R.Vasilenko vurğulayıb ki, Azərbaycan və Qazaxıstan Orta Dəhliz layihəsinin həyata keçirilməsini dəstəkləyən əsas ölkələr sırasındadır:

“Sevindirici haldır ki, imzalanmış yol xəritələri əsasında “dar boğazlar”ın aradan qaldırılması və bu dəhlizin inkişafı üçün Azərbaycan və Gürcüstanla fəal əməkdaşlıq edirik. Bu 3 ölkə vasitəsilə yükdaşımaları həyata keçirəcək və bu dəhlizin rəqabət qabiliyyətinin, cəlbediciliyinin artırılmasına töhfə verəcək vahid nəqliyyat şirkətinin yaradılması istiqamətində işlər aparılır”.

İki ölkənin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığına münasibət bildirən xarici işlər nazirinin müavini xatırladıb ki, Azərbaycan və Qazaxıstan bu təşkilatın təsisçi ölkələrindən biridir və 2023-cü il noyabrın 3-də TDT-nin 10-cu sammiti məhz Qazaxıstanda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir