İqtisadiyyat

Naxçıvanda yeni dövlət fondu yaradılıb

Sharing is caring!


Naxçıvan Muxtar Respublikası (NMR) Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə üzrə dövlət fondu yaradılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı NMR Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb.

Təbii ehtiyatlardan səmərəli istifadə olunması, mineral xammal bazasının bərpası, ətraf mühitin və yaşıllıqların mühafizəsinin təmin olunması məqsədilə yaradılan fondun əsasnaməsi də təsdiq edilib.

NMR-in Nazirlər Kabineti və NMR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir