İqtisadiyyat

Azərbaycan qeyri-neft ixracını 11 faiz artırıb

Sharing is caring!


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 434,32 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir