İqtisadiyyat

Tahir Mirkişili: “Sahibkarın hökmran mövqeyinə görə cərimə tətbiq edilməyəcək”

Sharing is caring!


Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinin sahibkarlıq subyektinin hökmran mövqeyə sahib olmasına görə cərimə tətbiq edilməsi nəzərdə tutulmur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili deyib.

“Elə başa düşülməməlidir ki, hansısa şirkət hökmran mövqedə olsa, dövlət onu cərimələyir. Belə hal yoxdur. Bütün cərimələr sahibkarlıq subyektinin hərəkətlərinə görə tətbiq edilir”, – deyə o bildirib.

Onun sözlərinə görə, əgər hökmran mövqeyə çatan şirkət heç bir qaydanı pozmursa, ona cərimə tətbiq edilmir:

“Amma o, qaydaları pozursa, yəni qiymətləri süni şəkildə artırırsa, başqaları ilə razılaşaraq bazara digər şəxsi buraxmırsa, ona cərimə tətbiq edilir. Tutaq ki, şirkətin bazarda 90% payı varsa, amma heç bir qaydanı pozmursa, cərimələnmir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir