İqtisadiyyat

Qarabağda biznes qurmaq istəyən xarici sahibkarların yarıdan çoxu TDT-nin payına düşür

Sharing is caring!


“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbulu üçün bu günə qədər 1 500-dən artıq müraciəti müvafiq formaya uyğun qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqrobiznes Forumunda deyib.

“Onların 500-ə qədəri xarici iş adamlarından daxil olan müraciətlərdir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür”, – deyə O.Məmmədov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir