İqtisadiyyat

Nazir müavini: “Cərimə sanksiyalarının tətbiqi pozuntu törədə biləcək oyunçuları xəbərdar etməkdir”

Sharing is caring!


“Rəqabət orqanının cərimə sanksiyaları tətbiq etməsinin məqsədi pozuntu törədə biləcək oyunçuları xəbərdar etməkdir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirdiyi Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmədə deyib.

“Ticarət təcrübəsində elə hallar olub ki, bazar subyekti pozuntu halı törədib və məsuliyyət həddi bildirildikdən sonra həmin pozuntu aradan qaldırılıb”, – E. Əliyev bildirib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzər Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qeyd edib ki, Rəqabət Məcəlləsi kiminsə şəxsi marağı üçün deyil, ölkəmizin iqtisadi inkişafı üçün tərtib edilib.

Xidmət rəisi bildirib ki, iqtisadi siyasətin məqsədi ölkədə rəqabət əsasında dayanıqlı iqtisadi inkişafı təmin etməkdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir