İqtisadiyyat

ITFC Azərbaycanda islam maliyyəsinin tətbiqini genişləndirmək imkanlarını nəzərdən keçirir

Sharing is caring!


Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) islam maliyyə alətlərinin Azərbaycanda tətbiqini daha da genişləndirmək üçün imkanları nəzərdən keçirir.

“Report” xəbər verir ki, bunu Bakıda səfərdə olan ITFC-nin baş icraçı direktoru Hani Salem Sonbol jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, “Rabitəbank” ASC ilə münasibətlərdə müsbət başlanğıclar müşahidə edilir:

“İnanırıq ki, islam maliyyə məhsulları “Rabitəbank” tərəfindən fəal şəkildə öyrəniləcək və tətbiq ediləcək. Düşünürəm ki, mövcud bankların transformasiyası və ya islam bankçılığı üçün ixtisaslaşdırılmış bölmələrin yaradılması qaçılmazdır.

Çünki bu maliyyə mexanizmi kifayət qədər məqsədəuyğundur və regionun tələbatını ödəyir. Bu addımlar Azərbaycanın və qonşu regionların iqtisadi inkişafına müsbət təsir göstərə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir