İqtisadiyyat

AQTA sədri: “Hazırda qida məhsullarının təhlükəsizliyi üzrə yeni normalar hazırlanır”

Sharing is caring!


“Hazırda qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alementarius komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunan beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması, eləcə də yeni normaların hazırlanması işləri davam edir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi və kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Sədrin sözlərinə görə, son dövrlər dünyada, o cümlədən, Azərbaycanda aktual olan antimikrob rezistentliyi xüsusi narahatlıq yaradan problemdir:

“Antibiotiklərə davamlı patogenlərin yaranması və yayılması antimikrob müqavimətə gətirib çıxarır. Bunun yaranmasına əsas səbəb kimi antibiotiklərin baytarlıq preparatlarında həddindən artıq kortəbii şəkildə istifadəsi, çirkab və suvarma üsulları vasitəsilə antibiotikədavamlı bakteriyaların ətraf mühitə buraxılması nəticəsində təmiz içməli suya əlçatanlığın olmamasını göstərmək olar. Bu sahədəki problemlər ayrı-ayrılıqda deyil, birgə yanaşma ortaya qoyulmaqla həll olunmalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir