İqtisadiyyat

Azərbaycan İsraillə iqtisadi-ticari əməkdaşlığın perspektivlərini müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan İsraillə iqtisadi-ticari əməkdaşlığın perspektivləri barədə müzakirə aparıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterlə videokonfrans formatında keçirdiyimiz görüşdə iqtisadi-ticari əməkdaşlığın mövcud vəziyyəti və şaxələndirilməsi perspektivləri, kənd təsərrüfatı, eləcə də ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə fəaliyyət imkanları barədə müzakirələr apardıq”, – deyə nazir qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir