İqtisadiyyat

SOCAR və “Brookfield” təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqini müzakirə edib – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Brookfield” təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

SOCAR-ın verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin “Brookfield” şirkətinin idarəedici partnyoru və Yaxın Şərq üzrə rəhbəri Jad Ellaun ilə görüşündə bildirilib.

Görüşdə “Brookfield” şirkətinin müxtəlif ölkələrdə həyata keçirdiyi infrastruktur layihələri haqqında ətraflı məlumat verilib.

Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli korporativ strategiyasından bəhs edilib, bu xüsusda enerji təhlükəsizliyi, enerji keçidi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma kimi təməl elementlərin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi vurğulanıb.

Tərəflər Azərbaycanda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitindən danışıb, bu istiqamətdə dekarbonizasiya, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir