İqtisadiyyat

Peter Siyarto: “Macarıstan Azərbaycandan bir milyard kubmetr təbii qaz almağı planlaşdırır”

Sharing is caring!


Macarıstan tədarük mənbələrini şaxələndirmək üçün Azərbaycandan bir milyard kubmetr təbii qaz almağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu Macarıstanın XİN rəhbəri Peter Siyarto bu gün Azərbaycanın xarici işlər naziri ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O, Avropa İttifaqını Azərbaycan təbii qazının Rumıniya və Macarıstana çatdırıla biləcəyi boru kəmərlərinin ötürücülük qabiliyyətini genişləndirmək üçün vəsait ayırmağa çağırıb.

Həmçinin, nazirin sözlərinə görə, Bakı və Budapeşt arasında Macarıstanın tikinti şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində iştirakı ilə bağlı ilkin razılıq əldə olunub.

Xatırladaq ki, avqustda Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb və bu sazişə əsasən, Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir