Cəmiyyət

Bir yaşlı körpənin dəstəyə ehtiyacı var: “Ağrılara dözə bilmir” – FOTO

Sharing is caring!


Bir yaşlı Məsumənin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Rüfət Şükürov məlumat verib.

O bildirib ki, övladı oktyabrın 3-ü üzərinə qaynar su tökülərək yanıb.

“Biz Astarada yaşayırıq. Hadisə günü yoldaşım toyuq təmizləmək üçün su qaynadıb. Məsumə iməkləyərək qazanı üstünə çəkib. Hadisə baş verən günü bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Bir müddət orda müalicə alsaq da, imkanımızın olmadığı üçün məcbur olub çıxdıq. İnanın ağrıları o qədər şiddətlidir ki, bütün günü ağlayır, susmur. Məsumə çox balacadır, ağrılara dözümü yoxdur. Hazırda övladımın müalicəsini davam etdirmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”

Ailə ilə əlaqə: (099) 857-53-50. Yardım üçün kart nömrəsi: 4169 7388 1195 2617.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir