İqtisadiyyat

SOCAR-ın törəmə müəssisəsi adını dəyişib

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “Caspian Engineering Procurement and Construction” MMC adını dəyişib.

“Report” xəbər verir ki, şirkət artıq “SOCAR Projects” adlanır.

Xatırladaq ki, “Caspian Engineering Procurement and Construction” 2021-ci ildə yaradılıb. Onun hüquqi ünvanı SOCAR-ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73, nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir