Cəmiyyət

Sədərək rayonunda sosial yardımın təyin olunması üzrə qanunsuz hallar aşkarlanıb

Sharing is caring!


Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və təhlil şöbəsi tərəfindən Sədərək rayonunda ünvanlı dövlət sosial yardımı üzrə təyinat aparılan aztəminatlı ailələrə aid müvafiq sənədlərin seçmə üsulla yoxlanılması və mənzil-məişət şəraitlərinin monitorinqinin aparılması zamanı əhəmiyyətli sayda qanuna uyğun olmayan hallar aşkar edilib.

Bu barədə “Report”un yerli bürosu xəbər verir.

Belə ki, “Ünvanlı dövlət sosial yardımı barədə” qanunun və Azərbaycanın Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” qaydalarının kobud şəkildə pozulması müəyyən edilib.

Aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətlərinə əsaslı şübhələr olduğunu nəzərə alaraq müəyyən edilən faktlara hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir