İqtisadiyyat

Azərbaycanda bankların kredit portfeli artıb

Sharing is caring!


İyul ayında bankların kredit portfeli 0,4 faiz və ya 75,8 milyon manat artaraq 21,372 milyon manat olub.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, kredit portfelinin strukturunda biznes kreditləri 54,4 faiz (11 622,7 milyon manat), istehlak kreditləri 29,8 faiz (6,376 milyon manat), ipoteka kreditləri 15,8 faiz (3 373,3 milyon manat) təşkil edib.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,3 faiz bəndi azalaraq 2,2 faiz təşkil edib.

Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir. Bu, cəmi öhdəliklərin 81,6 faizini (31 841,1 milyon manat) təşkil edir. Depozit portfelinin 61 faizi (19 411,8 milyon manat) hüquqi şəxslərin, 39 faizi (12 429,3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanət portfelinin 53,5 faizi (6 645,6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 816,4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 81,5 faizini təşkil edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir