İqtisadiyyat

SOCAR-ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb – FOTO

Sharing is caring!


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf avqustun 22-də Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov ilə görüşüb.

Bu barədə SOCAR məlumat yayıb.

Qeyd edilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən verilən tapşırıqlardan irəli gələn məsələlər müzakirə olunub, Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Bu xüsusda 21 avqust 2023-cü il tarixində Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində imzalanan sənədlərin əhəmiyyəti qeyd olunub.

Həmçinin bildirilib ki, tərəflər Azərbaycanda və Özbəkistanda neft-qaz sektorunda əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, o cümlədən karbohidrogen ehtiyatların işlənməsi, rəqəmsallaşma, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir