İqtisadiyyat

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 46 mini keçib

Sharing is caring!


Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 46 022 borcalana 2 milyard 734 milyon 833 min 328 manat kredit verib.

Bu barədə İKZF məlumat yayıb.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 371 milyon 469 min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 3 870 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir