İqtisadiyyat

ING: “Manatın məzənnəsi sabit qalacaq, lirə daha da ucuzlaşacaq”

Sharing is caring!


Niderlandın “ING Group” korporasiyası Azərbaycan manatı və Türkiyə lirəsinin perspektivləri ilə bağlı proqnozlarını açıqlayıb.

Hesabata əsasən, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna kimi uçot faiz dərəcəsini 9,0%-dən 8,5%-dək azaldacaq. ING hesab edir ki, AMB pul siyasətini 2024-2025-ci illərdə daha da yumşaldacaq. Şirkətin proqnozuna görə, 2024-cü ildə Mərkəzi Bank uçot dərəcəsini 8,25%-ə, 2025-ci ildə isə 7,25%-dək azaldacaq.

Ölkəmizin milli valyutasına gəlincə, niderlandlı ekspertlərin fikrincə, Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq.

Eyni zamanda, ING 2025-ci ilin sonunda Türkiyənin milli valyutasının ABŞ dollarına nisbətdə 40 lirəyə düşəcəyini proqnozlaşdırır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir