Dünya

“Rakuv” “Qarabağ”la oyundan sonra qıcıqlandırıcı paylaşım etdi – VİDEO

Sharing is caring!


Polşanın “Rakuv” klubu UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Oxu.Az xəbər verir ki, öz meydanında 3:2 hesabı qalib gələn Çenstoxova təmsilçisi cavab matçında 1:1 hesablı heç-heçə ilə növbəti raunda adlayıb.

“Rakuv” Bakıdakı oyundan sonra sosial şəbəkə hesabında qıcıqlandırıcı paylaşım edib. Polşa komandası “Qarabağ” azarkeşlərinin daha əvvəl klubun sosial şəbəkə hesablarında yazdığı rəyləri bir videoda toplayıb. Videonun sonunda isə Bakıdakı matçdan sonra “Rakuv” futbolçularının sevinc fotoları yerləşdirilib. Bununla polyaklar azərbaycanlı futbolsevərlərə cavab veriblər.

Qeyd edək ki, Çenstoxova klubu ÇL-in növbəti mərhələsində Kipr “Aris”i ilə qarşılaşacaq. “Qarabağ” isə yoluna Avropa Liqasının III təsnifat mərhələsində davam edəcək. Komanda burada Finlandiyanın HIK klubu ilə üz-üzə gələcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir