İqtisadiyyat

Mikayıl Cabbarov: “Arpa emalı zavodu layihəsi qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdəndir”

Sharing is caring!


“İmişli rayonunda Azərbaycan İnvestisiya Şirkəti, “Azərşəkər” MMC və “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq pivəlik arpa emalı zavodu layihəsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir”. 

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşımında qeyd edib.

Paylaşımda bildirilir:

“İnvestisiya dəyəri 25 milyon manat olan müəssisə ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək.

 Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir