İqtisadiyyat

Azərbaycan və Türkiyə Mədənçilik İşçi Qrupu yaradacaq

Sharing is caring!


Azərbaycan və Türkiyə arasında imzalanmış, qarşı tərəfin bu gün təsdiq etdiyi “Mədənçilik sahəsində əməkdaşlıq haqqında” sazişin tətbiq edilməsi məqsədi ilə tərəflər Mədənçilik İşçi Qrupu yaradacaq.

“Report” xəbər verir ki, İşçi Qrupu hər iki tərəfdən təyin ediləcək bir nümayəndədən və onların köməkçilərindən ibarət olacaq.

Bu şəxslər iclaslarda müşavir və mütəxəssislərlə birlikdə iştirak edə biləcəklər. Tərəflər nümayəndə və köməkçinin təyin edilməsi barədə diplomatik kanallarla bir-birinə məlumat verəcək. İşçi Qrupunun iclaslarını və protokol işləri ilə bağlı xərcləri iclasın keçirildiyi, ev sahibi ölkə qarşılayacaq. Nəqliyyat və qalma kimi nümayəndə heyətlərinin işləri ilə əlaqədar digər xərcləri isə tərəflər özləri ödəyəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir